BMU-nun ixtisaslarını seçmək istəyən abituriyentlərin diqqətinə!

24 Avqust 2021
BMU-nun ixtisaslarını seçmək istəyən abituriyentlərin diqqətinə!

Bakı Mühəndislik Universitetində (BMU) 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə 30 ixtisasda qəbul aparılır. Bu ixtisaslar üzrə ümumilikdə 1190 plan yeri ayrılıb ki, onlardan 690 yeri Azərbaycan bölməsinin, 500 yer isə ingilis bölməsinin payına düşür.

Həmin ixtisaslar aşağıdakılardır:

050102 - Biologiya  müəllimliyi

050105 - Fizika  müəllimliyi

050109 - Kimya müəllimliyi

050114 - Riyaziyyat müəllimliyi

050115 - Riyaziyyat və informatika müəllimliyi

050306 - Dizayn

050402 - Biznesin idarə edilməsi

050404 - Dövlət və bələdiyyə idarəetməsi

050405 - İqtisadiyyat

050406 - Maliyyə

050409 - Mühasibat

050509 - Kompüter elmləri

050606 - Ekologiya mühəndisliyi

050607 - Elektrik və elektronika mühəndisliyi

050608 - Energetika mühəndisliyi

050615 - İnformasiya təhlükəsizliyi

050616 - İnformasiya texnologiyaları

050617 - İnşaat mühəndisliyi

050618 - Kimya mühəndisliyi

050620 - Kompüter  mühəndisliyi

050621 - Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

050622 - Maşın mühəndisliyi

050626 - Memarlıq

050628 - Mexanika mühəndisliyi

050633 - Nəqliyyat tikintisi mühəndisliyi

050634 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

050636 - Radiotexnika və  telekommunikasiya mühəndisliyi

050637 - Şəhərsalma

050638 - Sənaye mühəndisliyi

050806 - Nəqliyyatda servis (Avtomobil nəqliyyatı üzrə)

BMU ilə Koreya Respublikasının İnha Universiteti arasında ötən tədris ilində icrasına başlanılan birgə ikili diplom proqramları üzrə 4 ixtisasda - Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi, İnformasiya texnologiyaları və İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı aparılır. Belə ki, qeyd olunan ixtisaslarda tədris dövlət sifarişi əsasında həyata keçirilir (https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/).

Qeyd edilən ixtisaslarda təhsil almaq və bu sahədə yüksəkixtisaslı kadr olmaq istəyən abituriyentlər üçün BMU-da geniş imkanlar və perspektivlər, eləcə də elmi-pedaqoji kadrlar vardır. Universitetdə tədris prosesini təmin etmək üçün ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar və müasir auditoriyalar mövcuddur. Yarandığı zamandan elektron universitet kimi fəaliyyət göstərən BMU-da elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlər geniş istifadə olunmaqdadır. Həmin xidmətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlər mütəmadi olaraq davam edir.

Məlumat üçün bildirək ki, bakalavr pilləsində ingilisdilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Memarlıq və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.

Daha ətraflı məlumatı keçidə daxil olaraq əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər