İdman klubu

 

 

    Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin fiziki tərbiyəsinə diqqət yetirilməsi məqsədilə İdman klubu yaradılıb. Qurumun fəaliyyət sahələrinə universitetdə təhsil alan idmançı tələbələri kluba cəlb etmək, tələbələr arasında idmanın müxtəlif sahələri üzrə yarışlar təşkil etmək, ölkə səviyyəsində keçirilən idman yarışlarında tələbələrin iştirakını təmin etmək daxildir. Klub tələbələrlə yanaşı, müəllimlər arasında da idman növləri üzrə yarışlar təşkil edir.

    Hər il sentyabr-oktyabr aylarında BMU-nun I kurs tələbələri arasında idmanın müxtəlif növləri üzrə seçmə yarışlar keçirilir. Bu yarışların məqsədi tələbələri fiziki tərbiyəyə yönəltmək və istedadlı tələbələri universitetdə fəaliyyət göstərən idman məşğələlərinə cəlb etməkdən ibarətdir.

    Futbol, voleybol, şahmat, stolüstü tennis, basketbol sahəsinə daha böyük maraq olduğu üçün tələbələr arasında hər ilin mart-aprel aylarında universitetdaxili turnir də keçirilir. Qalib olmuş komanda isə kubok və medallarla təltif olunur.

    BMU-nun tələbələri müxtəlif respublika səviyyəli yarışlarda da iştirak edirlər. Buna misal olaraq universitetin Mühəndislik fakültəsinin tələbəsi Məhəmmədəli Quliyev sərbəst güləş üzrə Azərbaycan çempionu olub və Moskva şəhərində keçirilən dünya birinciliyində iştirak edib.