Bakı Mühəndislik Universitetində (BMU) əməkdaşların və tələbələrin sağlamlığının qorunması, o cümlədən xəstəliklərin erkən diaqnostikası və profilaktikası, sağlam həyat tərzinin təbliği məqsədilə Tibb kabineti fəaliyyət göstərir. Tibb kabinetinin müasir tələblərə uyğun fəaliyyət göstərməsi üçün davamlı olaraq zəruri tədbirlər həyata keçirilir.
Tibb kabineti ilkin tibbi yardıma daxil olan dərman preparatları, tibbi alətlər və digər müvafiq ləvazimatlarla təmin edilib. Tibb kabineti universitetin əsas inzibati strukturu olmaqla burada təcrübəli tibb işçiləri çalışır və tələbələrin, eləcə də əməkdaşların sağlıq problemlərinə operativ reaksiya göstərirlər. Hər hansı sağlamlıq problemi yarandıqda:
Tibb kabineti tələbələrin dispanserizasiyasını daima diqqətdə saxlayır. Dispanserizasiyanın əsas məqsədi əlilliyə, vaxtından əvvəl ölümə gətirib çıxaran qeyri-infeksion xəstəliklərin aşkar edilməsi və digər zəruri addımların atılmasıdır.
Hər hansı xəstəliyin simptomları aşkar edilən zaman ilkin yardım göstərilməklə yanaşı, xəstə müalicə üçün uyğun profilli tibb müəssisəsinə istiqamətləndirilir və xəstənin sonrakı müalicəsi nəzarətdə saxlanılır.
Tibb kabinetinin fəaliyyət istiqamətlərindən biri də sağlamlıqla bağlı risklərin qarşısının alınması və bunun üçün maarifləndirmə işlərinin aparılmasıdır. Bu məqsədlə
Maarifləndirmə tədbirləri sırasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının iştirakı ilə ilkin tibbi yardıma, tibbi sığortaya həsr olunan tədbirlər dayanır. Belə tədbirlərdə tələbələrə ilk tibbi yardımın göstərilməsi, təməl həyat dəstəyi, epileptik tutmalarda, asfiksiya-boğulma hallarında düzgün tibbi müdaxilə, müxtəlif travmalardan yaranan qanaxmalarda yardımın təşkili, süni tənəffüsün verilməsi və digər proseslər əyani nümayiş etdirilir. Eyni zamanda yaralı və xəstələrin halını yüngülləşdirə biləcək tədbirlər kompleksi olan ilkin tibbi yardımın vaxtında göstərilməsinin həyati əhəmiyyəti ilə bağlı informasiyalar, habelə minimal tibbi ləvazimatlar, bu ləvazimatlar əl altında olmadıqda isə onları əvəz edə biləcək üsullar diqqətə çatdırılır.