Niyə Bakı Mühəndislik Universiteti?

-         İngilis dilinə üstünlük verən tədris sistemi;

-         Təhsilin yüksək keyfiyyətdə tədris olunması;

-         Xarici ölkələrdə təcrübə keçmə imkanı və tələbə mübadiləsi;

-         Son iki ildə mövcud əmək bazarında daha çox tələb olunan əlavə 15 yeni  ixtisas;

-         Tikintisi başa çatmaqda olan yeni tədris korpusu;

-         Tədris prosesini təmin etmək üçün müasir auditoriyalar;

-         Ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyaların mövcud olması;

-         Tədris və elmi ədəbiyyat fondu olan kitabxana;

-         İnternet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanı;

-         BMU-nun yarandığı dövrdən etibarən elektron universitet kimi fəaliyyət göstərməsi;

-         Məzunların işlə təmin edilməsi məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulması;

-         Məzunların dünyanın tanınmış universitetlərində təhsillərini davam etdirməklə yanaşı, dünyanın nüfuzlu şirkətlərdə çalışma imkanı;

-         BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramına qoşulmaq fürsəti;

-         Ödənişsiz Koreya dili kurslarından faydalanmaq imkanı;

-         İdman, sosial-mədəni fəaliyyətlərlə zəngin tələbə həyatı;

-         Ən müasir tələblərə cavab verən, oğlanlar və qızlar üçün nəzərdə tutulan iki yataqxananın fəaliyyət göstərməsi;

-         Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə çoxsaylı klublar.

 

 

 

Bakı  Mühəndislik  Universiteti ilə Cənubi Koreyanın İnha Universiteti arasında icra olunan İkili Diplom Proqramı (İDP)

 

(BAKALAVRİAT  SƏVİYYƏSİ  ÜZRƏ)

 

 

 

Bakı Mühəndislik Universitetinin (BMU) Cənubi Koreyanın İnha Universiteti ilə mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində İkili Diplom Proqramının 2021/2022-ci tədris ili üçün sənəd qəbuluna start verilir.

 

 

Proqram haqqında:

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” (bundan sonra Dövlət Proqramı) çərçivəsində 2021/2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında İkili Diplom Proqramı üzrə İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisasları üzrə sənəd qəbulu həyata keçirilir.

 

Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid bal toplayan, Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilər. BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən və qəbul olan abituriyentlər İkili Diplom Proqramı çərçivəsində qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə Dövlət Sifarişi əsasında təhsil ala biləcəklər.

 

 

İxtisaslar:

 

1) İnformasiya texnologiyaları (keçid balı - 400)

2) İnşaat mühəndisliyi (keçid balı - 350)

3) Elektrik mühəndisliyi (keçid balı - 350)

4) Elektronika mühəndisliyi (keçid balı - 350)

 

 

Kvota: 100 yer (hər ixtisas üzrə 25 nəfər)

 

 

Proqramın modeli: 3 il – Azərbaycanda, 1 il – Cənubi Koreyada.

 

Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaqlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub. Bundan əlavə bakalavriat səviyyəsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar. 

 

 

Tədris dili:

 

BMU-da 3 il müddətində İngilis dili (bəzi fənlər Azərbaycan dilində olmaqla), İnha Universitetində isə 1 il müddətində Koreya dili.

 

Tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri tədris olunacaq və onlar müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. İmtahanlardan uğurla keçmiş tələbələr 4-cü akademik ildə təhsillərini Cənubi Koreyanın İnha Universitetində Koreya dilində davam etdirəcəklər.

 

 

Təhsil alanların maliyyə xərcləri:

 

Dövlət Proqramı tərəfindən qarşılanan xərclər aşağıdakılardır:

-         Təhsilalanların təhsil haqqı;

-         Qeydiyyat xərci;

-         Tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri;

-         -         Cənubi Koreyada 1 illik təhsil xərcləri;

-          -        Cəbuni Koreyada 3 həftəlik yay məktəbində iştirak xərcləri.

 

 

Proqram məzunları sahib olacaq:

 

Proqramın məzunları beynəlxalq təcrübəni öyrənərək, qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnəcəklər.

 

 

Qəbul şərtləri:

 

1) Proqramda Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etmiş və hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid bal toplamış namizədlər iştirak edə bilər;

2) Proqrama müraciət etmiş namizədlər BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi şifahi ingilis dili və fənn müsabiqəsindən (riyaziyyat və fizika) uğurla keçməlidir. Müsabiqədə iştirak etmək üçün qeydiyyat və daxili imtahanın dəqiq vaxtı elan ediləcək.

 

Tələb olunan sənədlər:

 

1)    Müraciət forması;

2)    Özünü təqdimetmə forması (İngilis dili müsahibəsi üçün)

3)    3.5x4.5 ölçüdə rəngli fotoşəkil;

4)    Şəxsiyyət vəsiqəsinin surəti;

5)    Məktəb attestatın İngilis dilində tərcüməsi və notarial təsdiqi (əsli universitetə qəbul olanda təqdim olunmalıdır);

6)    DİM tərəfindən keçirilmiş hər iki imtahanda topladığı balı təsdiq edən rəsmi sənəd;

7)    İngilis dili sertifikatı: İELTS və ya TOEFL (olduğu təqdirdə).

Namizədlər İnha Universiteti ilə BMU-nun birgə təşkil etdiyi müsabiqədə (İngilis dili şifahi, riyaziyyat və fizikadan yazılı onlayn formada) iştirak etmək üçün mütləq təqdim olunan  onlayn anket formasını dolduraraq tələb olunan sənədləri həmin onlayn anket formasında təqdim etməlidirlər.

 

 

Cənubi Koreyanın İnha Universiteti haqqında:

 

Universitet mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. İnha Universiteti müxtəlif tədqiqatlar aparan, dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri olan və 20 mindən çox tələbəsi olan ali təhsil ocağıdır. İkili Diplom Proqramı və İnha Universiteti haqqında daha ətraflı məlumat əldə etmək üçün təqdim olunan linklərə baxa bilərsiniz: 

 

(1) (AZhttps://www.youtube.com/watch?v=B7S6FlzX-gU

(2) (ENG): https://www.youtube.com/watch?v=7vJ9jTfusHM

(3)  (RUS): https://www.youtube.com/watch?v=64C1E5lrXNs

(4) https://eng.inha.ac.kr/  

 

 

 Əlavə məlumatlarla aşağıdakı müvafiq keçiddən tanış ola bilərsiniz:

 

-       ELAN 2021/2022

-       FAQ/MVS (tez-tez verilən suallar) 

-       Daxili imtahanının keçirilməsi ilə bağlı təlimat

 

 

Əlaqə:

 

BMU-İnha İDP əlaqədar sualları beu-inha@beu.edu.az e-mail ünvanına, İDP-nın rəsmi Facebook səhifəsinə www.facebook.com/ddp.beu.inha ünvanlamaq və ya (+994 12) 349-99-66/67 (daxili: 2423) zəng vurmaq mümkündür. 

 

 

Bakalavr təhsili


BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ
2019/2020 TƏDRİS İLİ
 BAKALAVRİAT SƏVİYYƏSİ ÜZRƏ KEÇİD BALLARI
N İxtisas adı Bölmə

Ödənişli

Dövlət sifarişli

1 Biznesin idarə edilməsi AZ 274.5 -
2 Biznesin idarə edilməsi EN 185.1 556.8
3 Dövlət və bələdiyyə idarəetməsi AZ 284.2 347.9
4 Dövlət və bələdiyyə idarəetməsi EN 200.0/64.4 349.8
5 İqtisadiyyat AZ 281.5 -
6 İqtisadiyyat EN 200.0/51.0 547.8
7 Maliyyə AZ 307.3 -
8 Maliyyə EN 256.9 606.1
9 Mühasibat uçotu və audit AZ 316.6 -
10 Mühasibat uçotu və audit EN 200.0/91.5 566.2
11 Dizayn AZ 120.3 157.0
12 Dizayn EN 125.7 153.7
13 Ekologiya  mühəndisliyi EN 200.0 313.1
14 Elektrik mühəndisliyi AZ 200.0/65.7 202.2/67.1
15 Elektroenergetika  mühəndisliyi AZ 217.6 318.6
16 İnformasiya texnologiyaları AZ 400.6 400.6
17 İnformasiya texnologiyaları EN 541.2 541.2
18 İnşaat mühəndisliyi AZ 250.0/51.0 264.0
19 İnşaat mühəndisliyi EN 250.0 348.2
20 Kimya mühəndisliyi EN 200.0/76.1 375.8
21 Kompüter mühəndisliyi AZ 473.6 473.6
22 Kompüter mühəndisliyi EN 549.9 549.9
23 Logistika və nəqliyyat  texnologiyaları müh. AZ 200.0 268.7
24 Maşın  mühəndisliyi AZ 200.0 219.5
25 Maşın mühəndisliyi EN 200.0 313.3
26 Memarlıq AZ 200.0/51.0 287.3
27 Memarlıq EN 200.0 327.6
28 Mexanika mühəndisliyi AZ 200.0 233.6
29 Mexanika mühəndisliyi EN 200.0 269.1
30 Mühəndis sis. və qurğularının tikintisi mühəndisliyi AZ 200.0 237.4
31 Mühəndis sis. və qurğularının tikintisi mühəndisliyi EN 200.0 332.1
32 Nəqliyyat tikintisi mühəndisliyi AZ 250.0/51.0 285.7/72.1
33 Proseslərin avtomatlaşdırılması mühəndisliyi AZ 289.9 367.2
34 Sənaye  mühəndisliyi AZ 200.0 257.3
35 Sənaye  mühəndisliyi EN 200.0 314.6
36 Sistem  mühəndisliyi AZ 311.5 365.4
37 Şəhərsalma AZ 200.0 241.8
38 Biologiya müəllimliyi EN 304.3 387.0
39 Fizika müəllimliyi EN 200.0 390.4
40 Kimya müəllimliyi EN 323.8 450.2
41 Riyaziyyat müəllimliyi EN 317.2 412.9
42 Riyaziyyat və informatika müəllimliyi EN 469.7 469.7

 

Magistratura təhsili

 

Daha ətraflı: http://beu.edu.az/az/page/magistratura-doktorantura-157

 

Abituriyentlər üçün ixtisaslar haqqında (video) məlumat