Psixoloji xidmət

 

Bakı Mühəndislik Universitetində psixoloji xidmətin təşkili

Bakı Mühəndislik Universitetində tələbələrə yalnız akademik deyil, eyni zamanda psixoloji xidmətin göstərilməsi prioritet məsələlərdən biridir. Onların uğurlu və balanslı həyat sürməsinə dəstək məqsədilə universitetdə psixoloji xidmət həyata keçirilir.

Əsas məqsəd tələbələrin emosional dayanıqlığını gücləndirmək, onların şəxsi və təhsil həyatında qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmələrinə yardım etmək, stresin idarə olunması və psixoloji dəstəyə ehtiyac duyan şəxslərə vaxtında, peşəkar şəkildə kömək göstərməkdir.

Xidmət çərçivəsində tələbələrə fərdi psixoloji məsləhət, psixoloji qiymətləndirmə, qrup terapiyaları və psixoloji maarifləndirici seminarlar təqdim olunur. Bütün görüşlər könüllülük prinsipi əsasında, məxfiliyin qorunması şərti ilə aparılır.

Müxtəlif psixoloji və sosial problemlərlə üzləşən insanlara əsasən aşağıdakı istiqamətlərdə yardım göstərilir:

  • İnsanlarla münasibətdə yaranan problemlər
  • Təhsillə bağlı problemlər
  • Peşə planlaması
  • Qəzəbin öhdəsindən gəlmə
  • Stress
  • Depressiya
  • Panika
  • Həyəcan və qorxu (fobiyalar)
  • İmtahan həyəcanı
  • Sosial fobiya
  • IQ testlər

Psixoloji xidmətə müraciət etmək istəyən tələbələr aşağıdakı elektron poçt ünvanları və ya digər vasitələrdən istifadə edə bilərlər:

Psixoloq: Hüseyn Xəlilov

Ünvan: İqtisadiyyat və idarəetmə binası otaq 116

Email: hxelilov@beu.edu.az ; info@beu.edu.az

Telefon: 055 689 80 90