BMU Texnoparkı


 

    

 

BMU Texnoparkı haqqında:

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı Azərbaycanda ali təhsil müəssisələri arasında ilk və aktiv fəaliyyət göstərən struktur bölmədir. Texnoparkın fəaliyyəti BMU yarandığı gündən (8 noyabr 2016-cı il tarixindən) təşkil edilib. Universitetin Elmi Şurasında Texnoparkın yeni əsasnaməsi təsdiq olunub.

 

BMU Texnoparkının məqsədi: Universiteti beynəlxalq aləmdə rəqabətədavamlı ali təhsil müəssisəsi kimi tanıtmaq, həmçinin universitet-sənaye əməkdaşlığı vasitəsilə müvafiq şirkətlərə, tədqiqatçılara və akademik heyətə müasir infrastruktur və tədqiqat aparmaq imkanları təqdim edə biləcək ekosistem qurmaqdır.

 

BMU Texnoparkının vəzifələrinə aşağıdakılar daxildir:

1. İş dünyası ilə universitetin professor-müəllim və tələbə heyəti arasında əlaqələri və ortaq elmi-tədqiqat işlərinin təşkili, effektli koordinasiyası üçün BMU-nun əlaqələndirici struktur bölməsi kimi fəaliyyət göstərmək.

2. Universitetin tədris və araşdırma fəaliyyətlərini dəyərləndirərək, iş dünyasının peşəkarları ilə birlikdə səmərəli nəticələr əldə edilməsi üçün əlverişli mühiti (ekosistemi) formalaşdırmaq və uyğun şirkətlərin rezident kimi BMU-ya cəlb olunmasına çalışmaq.

3. Universitetin maddi-texniki bazasını və elmi təchizat imkanlarını, həmçinin faydalı iş əmsalını artırmaq, eləcə də professor-müəllim və tələbə heyətini real və kommersiyalaşdırıla bilən araşdırma işlərinə cəlb etmək və dəstəkləmək.

4. Professor-müəllim heyətini və tələbələri sahibkarlıq fəaliyyətinə təşviq etmək və bu istiqamətdə onları dəstəkləmək, həmçinin təşəbbüskarlıq mədəniyyətinin inkişafı üçün işlər görmək.

5. Əlavə dəyər yaradan, eyni zamanda yüksək texnoloji əhəmiyyətli xidmət və ya məhsulların istehsalını və daha səmərəli həll yollarının tapılması üçün “Tədqiqat və İnkişaf (Research and Development (R&D))” fəaliyyətinin təşkilinə, koordinasiyasına dəstək olmaq.

6. Ölkəmizdə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına müxtəlif innovativ proqramlar və layihələr hazırlayaraq icra edilməsinə dəstək olmaq.

7. Dünyada sürətlə inkişaf edən yüksək texnoloji yeniliklərin mənimsənilməsi və ölkəmizin sənaye müəssisələrində tətbiqi üçün texnologiyaların (bilik və təcrübələrin) transferi və müxtəlif işçi qrupların formalaşdırılması yolu ilə proseslərdə fəal iştirak etmək.

8. Xarici ölkələrin təcrübələri əsasında “Startap” və “Sosial sahibkarlıq” proqramlarının icrasının ölkəmizdə təşkili və təşviqi üçün proqramlar, layihələr hazırlamaq.

9. “Universitet-sənaye əməkdaşlığı” və “Dövlət-özəl əməkdaşlığı” çərçivəsində fərqli biznes və qrant layihələrin hazırlığına və uğurlu icrasına çalışmaq.

10. Ölkəmizin və müxtəlif xarici ölkələrin Texnoparkları (Elm (Bilik), Sənaye parkları və Sənaye məhəllələri), Texnoloji Transfer Ofisləri (TTO), İnkubasiya və Akselerasiya Mərkəzləri ilə əməkdaşlıq edib, startap və innovasiya yönümlü ideyalarının dəstəklənməsinə çalışmaq.

11. BMU-nun xarici tərəfdaşlarının sayını beynəlxalq təşkilatlar, səfirliklər və Transmilli Korporasiyaların (TMK) vasitəsilə artırmaq, həmçinin ortaq qrant və biznes layihələr çərçivəsində inkişaf etdirilməsinə dəstək olmaq.

12. Birləşmiş Millətlər Təşkilatının (BMT) 17 Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun müxtəlif maarifləndirici tədbirləri və layihələrin hazırlanması və BMU-nun fakültə, kafedra, uyğun şöbələri ilə birlikdə icrasını təşkil etmək.

13. qanunvericiliyin icazə verdiyi və universitetin inkişafına faydalı olacaq fəaliyyətlərin görülməsi üçün rəhbərliyə təkliflər hazırlamaq.

 

BMU Texnoparkı ilə əlaqə:

BMU Texnoparkının fəaliyyəti haqqında məlumatları Feysbuk səhifəsindən əldə etmək mümkündür.

Tel: +994 12 349-99-66/67 (daxili: 3-217)