Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı II beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
24-25 dekabr 2021-ci il tarixlərində gerçəkləşdiriləcək tədbirdə iştirak etmək istəyənlər məruzənin elektron versiyasını elektron poçtla sdeac@beu.edu.az ünvanına göndərməlidir. Materialların elektron versiyalarının təqdim olunmasının son tarixi 13 dekabr 2021-ci ildir.
Konfransın təşkil olunmasının məqsədi iqtisadiyyat və idarəetmə sahəsində çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni və fərqli araşdırmaları və düşüncələri bölüşməkdir. Eyni zamanda, universitet-dövlət-özəl sektor əməkdaşlıqlarını artırmaq, rast gəlinən problemlərə birgə həll yolu tapmaq tədbirin hədəfləri sırasındadıır.
Beynəlxalq konfrans İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə və mühasibat uçotu, Dövlət və bələdiyyə idarəetməsi, Beynəlxalq münasibətlər seksiyaları üzrə təşkil olunacaq.
Konfransla bağlı məlumatı https://beu.edu.az/az/announcement/iqtisadiyyat-ve-idareetmede-davamli-inkisaf-problemler-ve-perspektivler-adli-beynelxalq-konfrans-166 linkinə daxil olaraq əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi