Bakı Mühəndislik Universiteti (BMU), İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Marsol Academy”nin birgə təşkilatçılığı ilə tələbələr üçün “Gənclərin dayanlıqlı karyera və sahibkarlıq inkişafı” adlı forum təşkil olunub.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera mərkəzinin müdiri Gülçöhrə İbrahimova çıxış edərək belə görüşlərin tələbələrin sahibkarlıq düşüncəsinin formalaşması və karyera inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Marsol Group”un direktoru Bilal Qasımlı şirkətin fəaliyyət istiqamətləri, tabeliyindəki qurumlar, həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Sonra “MADO” restoranlar şəbəkəsinin həmtəsisçisi Ramiz Kazımov, “Can-Pa”nın təsisçisi Fahrettin Can, “EN Group”un təsisçi-direktoru Elmir Nəcəfov, “Doğtaş” MMC-nin təsisçisi Yusuf Kartal çıxış ediblər. Çıxışlarda sahibkarlıq fəaliyyətinin əsas prinsipləri, biznesdə uğur qazanmağın başlıca şərtləri və qarşıya çıxan çətinliklərdən ətraflı bəhs olunub. Natiqlər gənclərlə öz uğur hekayələrini paylaşıb, onlara praktik nümunələr əsasında faydalı tövsiyələr veriblər.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.
İctimiyyətlə əlaqələr şöbəsi