BMU-da Elmi Şuranın növbəti iclası olub

05 Noyabr 2025
BMU-da Elmi Şuranın növbəti iclası olub

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

Gündəlikdə duran məsələlər barədə məlumat verildikdən sonra  Mühəndislik, o cümlədən İnformasiya və kompüter texnologiyaları fakültələrinin illik hesabatları dinlənilib. Hesabatlarda fakültələrin son dövrlərdəki fəaliyyəti, elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıqları və tələbə layihələri vurğulanıb. Habelə elmi araşdırmalar, akademik göstəricilər, startap və innovasiya layihələri, həmçinin tədris prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, gələcək fəaliyyət planı diqqətə çatdırılıb.  

Rəy və təkliflər dinlənildikdən sonra fakültələrin illik hesabatları qənaətbəxş hesab olunub.

Ardınca gündəlikdəki müxtəlif məsələlər, eləcə də BMU Texnoparkının fəaliyyəti müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Şuranın sədri, rektor Yaqub Piriyev universitetdə həyata keçirilən elmi, tədris və inzibati fəaliyyətin cari vəziyyəti, həmçinin görüləcək işlər haqqında danışıb. Eyni zamanda ali təhsil müəssisəsində elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, tələbə nailiyyətlərinin artırılması və innovativ layihələrin təşviqi ilə bağlı müvafiq tapşırıqlar verib, qarşıdakı dövrdə əsas hədəfləri nəzərə çatdırıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər