Pedaqoji fakültə

      Pedaqoji fakültə 2017-ci ildən fəaliyyətə başlayıb. Fakültə yarandığı gündən tam orta ümumtəhsil məktəbləri ilə yanaşı, beynəlxalq səviyyəli lisey və gimnaziyalarda tədris prosesini həyata keçirə biləcək müəllim kadrları hazırlayır. Məqsədi dəqiq fənləri ingilis dilində tədris edə bilən mütəxəssislər yetişdirmək olan Pedaqoji fakültə bu sahədə uzun illər ərzində təcrübəli və işlək sistemin olduğu nadir fakültələrdəndir.

Hazırda fakültədə 11 bakalavr, 3 magistr ixtisası üzrə ümumilikdə 932 tələbə təhsil alır. Tələbələrin çoxu dövlət sifarişlidir. Bakalavr üzrə tələbələrin 80%-nə fənlər ingilis dilində tədris olunur. Fakültədə təhsil alan əcnəbi tələbələrin sayı isə 20 nəfərdir. 2019/2020-ci tədris ilində Pedaqoji fakültədə bakalavr ixtisasları üzrə 1 tələbə Prezident təqaüdü, 119 tələbə isə “Gələcəyin müəllimi” təqaüdünü alır.

Fakültədə 102 nəfər professor-müəllim və 17 nəfər texniki-köməkçi heyət olmaqla, 119 əməkdaş çalışır. Fakültənin pedaqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkədə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və ya beynəlxalq təcrübə keçmiş kadrlar da daxildir. Fakültə əməkdaşlarının bir qismi təhsillə bağlı respublika əhəmiyyətli layihələrdə iştirak edib və bu fəaliyyətlərini indi də davam etdirirlər. Belə layihələrə fənn olimpiadaları, alternativ dərsliklərin hazırlanması və s. daxildir. Əməkdaşların orta təhsil sahəsi ilə bağlılığı həmin səviyyə üçün mütəxəssis hazırlığına birbaşa müsbət təsir göstərir.

Fakültənin maddi-texniki bazası keyfiyyətli müəllim hazırlığının həyata keçirilməsini təmin edir. Buraya texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarla yanaşı, aşağıdakı müasir tipli laboratoriyalar da daxildir: Biologiya laboratoriyası, Kimya laboratoriyası, Fizika laboratoriyası, İnformatika laboratoriyası, Sinxron tərcümə laboratoriyası, Ömürboyu təhsil laboratoriyası.

Ölkədə müasir tələblərə cavab verən müəllim kadrları hazırlamaq üçün Pedaqoji fakültədə texniki imkanlar, təcrübəli kollektiv və şəffaf mühit mövcuddur. Pedaqoji prosesin təşkili və idarəolunması sahəsində dəyərli təcrübə formalaşıb. BMU-da yaradılan yeni şərait müəllim hazırlığının daha yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Ümummilli lider Heydər Əliyevin "Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda, ikiqat məsuliyyətli işdir" fikrində də vurğulandığı kimi, bu işin çətinliyini anlayır, məsuliyyətini dərk edirik.

 Pedaqoji fakültədə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat müəllimliyi (ingilis dilində), Fizika müəllimliyi (ingilis dilində), Riyaziyyat və informatika müəllimliyi (ingilis və Azərbaycan dilində), Tərcümə (ingilis dili), Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə), İbtidai sinif müəllimliyi (ingilis və Azərbaycan dilində), Məktəbəqədər təlim və tərbiyə (ingilis dilində), Kimya müəllimliyi (ingilis dilində), Biologiya müəllimliyi (ingilis dilində), Kimya və biologiya müəllimliyi (Azərbaycan dilində) ixtisasları üzrə bakalavr; Azərbaycan dili, Azərbaycan ədəbiyyatı və Təhsil üzrə menecment (MBA) ixtisasları üzrə magistr hazırlığı aparılır.

Bu ixtisasları bitirən tələbələr həm müəllimlərin işə qəbulu imtahanından müvəffəq olaraq orta təhsil və məktəbəqədər təhsil müəssisələrində, həm də xarici dil təmayüllü lisey və gimnaziyalarda işləmək imkanı qazanırlar.

 

 

KAFEDRALAR

Fakültənin tərkibində 6 kafedra fəaliyyət göstərir:

1. Riyaziyat

2. Riyaziyat və informatika 

3. Azərbaycan dili və Pedaqoqika

4. İngilis dili

5. Xarici dillər

6. Kimya- biologiya müəllimliyi

 

İXTİSASLAR

Bakalavriat səviyyəsi üzrə:

1. Riyaziyat müəllimliyi

2. Riyaziyat və informatika müəllimliyi

3. Kimya- biologiya müəllimliyi

 

Əməkdaşlarımız

Çinarə Nərimanova

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim

Afaq Rzayeva

Kafedra: Kimya - biologiya

Vəzifə: Müəllim

Günel Bayramova Mehdiyeva

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim

Kəmalə İsmayılova

Kafedra: Riyaziyyat və informatika

Vəzifə: Müəllim

Kamandar Teymurzadə

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim

Nərmin Əlizadə

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim

Günel Məmmədova

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim

Səidə Əhmədova

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim

Gülay Yasinli

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim

Münəvvər Əsgərova

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim

Gülarə Quliyeva

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim

Leyla İslamlı

Kafedra: Xarici dillər

Vəzifə: Müəllim