Nərmin Eminova İrşad

Haqqında

    Bölmə: Xarici dillər
    Vəzifə: Müəllim

    Azərbaycan (Ana dili): Səlis
    İngilis : Səlis

Təhsil

  • Magistratura 16-JUL-19

    Azərbaycan Dövlət Dillər Universiteti Sinxron tərcümə

    Diplom AM 030858

  • Bakalavriat 02-JUN-15

    Azərbaycan Dövlət Dillər Universiteti Tərcümə (ingilis dili)

    Diplom A 061257

İş təcrübəsi

  • 01-SEP-23 Davam edir
    Müəllim

    Bakı Mühəndislik Universiteti

    Azərbaycan/

  • 01-SEP-21 01-SEP-23
    Müəllim

    ADU

    Azərbaycan/Bakı

Nəşrlər

    Nəşrlər
  • Eminova N. Sinxron tərcümədə yumorun ötürülməsində istifadə olunan strategiyalar. Filologiya məsələləri. 2024;03(2024):481-489
  • Eminova N. Tərcümə mümkündürmü?. Humanitar Elmlərin Öyrənilməsinin Aktual Problemləri. 2024;01(2024):22-26

Avtobioqrafiya

  • 22 avqust 1994-cü ildə Kürdəmir rayonunun Yenikənd kəndində anadan olmuşam. Orta təhsilimi 2000-2011-ci illərdə Q. Əhmədov adına Yenikənd kənd tam orta məktəbində almışam. 2011-ci ildə 621 balla Azərbaycan Dillər Universitetinin “Tərcümə (ingilis dili)” fakültəsinə qəbul olmuş, 2015-ci ildə oradan 93 orta balla məzun olmuşam. 2017-2019-cu illər arasında Azərbaycan Dillər Universitetində “Sinxron tərcümə (ingilis dili)” ixtisası üzrə magistr təhsili almış, Azərbaycan Dillər Universiteti və Strasburq Universiteti arasındakı razılaşmaya əsasən təşkil olunan Delokalizasiya proqramına seçilən tələbə kimi magistraturanı fərqlənmə olmaqla ikili diplomla bitirmişəm. 2015-ci ildən 2021-ci ilə qədər AMEA, SOCAR NIPI Neftegas MMC və ESMA Industrial Enterprises LLC kimi dövlət və özəl sektor müəssisələrində tərcüməçi kimi işləmiş, 2021-ci ilin sentyabrından 2023-cü ilin sentyabrına qədər Azərbaycan Dillər Universitetinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasında müəllim olaraq çalışmışam. 2023-cü ilin sentyabrından Bakı Mühəndislik Universitetinin Xarici dillər kafedrasında müəllim olaraq fəaliyyət göstərirəm. İki dəfə – 2008 və 2010-cu illərdə BMT-nin qolobal çağırışları üzrə keçirilən “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa müsabiqəsinin qalibi olmuş və həmin nominasiyalar üzrə ölkəmizi “Qlobal Minillik Prizi” müsabiqəsində təmsil etmişəm. 2016-ci ilin aprelində keçirilən BMT Sivilizasiyalar Alyansının Qlobal Formuna dünya üzrə seçilən 150 nəfərdən biri olmuşam.