Bakı Mühəndislik Universitetində (BMU) FemTech şirkətinin təşkilatçılığı, Kontakt Home mağazalar şəbəkəsi, Conversationclub.az və BMU-nun Elm və innovasiya şöbəsinin, Tələbə Elmi Cəmiyyətinin dəstəyi ilə 12-16 yaşlı qızlar üçün təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap, netvörkinq mövzularını əhatə edən “Her Improvement” proqramının birinci mərhələsi reallaşıb.
Proqrama qəbul edilmiş 25 nəfər iştirakçıya 3 bölmədən ibarət müxtəlif mövzularda təlimlər və vörkşoplar keçirilib. Bir günü əhatə edən 10 saatlıq proqram zamanı iştirakçılar universitetin innovasiya və texnologiya mərkəzi olan Texnoparkla tanış olublar və komandalara öz ideyalarının ilkin forması üzərində işləmələri üçün mühit yaradılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi