Bakı Mühəndislik Universiteti (BMU) “YENİ Klub”unun təşkilatçılığı ilə tələbələr üçün “Bu İşSizlikdir!” adlı seminar keçirilib.
Tələbələrin gələcək iş həyatına dəstək məqsədi daşıyan seminarda tanınmış karyera məsləhətçisi və təlimçi Füsun Bağırlı işsizlik probleminin real səbəbləri, qarşıya çıxan çətinliklər, yeni dövrün aktual sahələri, həmçinin bu sahələrdə karyera imkanları barədə məruzə ilə çıxış edib. O, iş dünyasının dəyişən tələbləri, düzgün karyera planlaması, şəbəkələşmənin (networking) əhəmiyyəti və şəxsi inkişaf istiqamətində vacib məqamları diqqətə çatdırıb, eləcə də tələbələrə bir sıra tövsiyələr verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi