BMU-nun rektoru “QS Avrasiya Forumu 2025“ tədbirində çıxış edəcək

13 Noyabr 2025
BMU-nun rektoru “QS Avrasiya Forumu 2025“ tədbirində çıxış edəcək

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək (25-26 noyabr) “QS Avrasiya Forumu 2025 “ tədbirində iştirak edəcək.

QS (Quacquarelli Symonds) tərəfindən təşkil olunan beynəlxalq forum Avrasiya regionunun ali təhsil liderlərini, rektorları, akademik və ekspertləri bir araya gətirir. Tədbirin əsas məqsədi universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi, təhsilin keyfiyyətinin artırılması və qlobal akademik əməkdaşlıqların genişləndirilməsi istiqmətində təcrübə mübadiləsini təmin etməkdir.

Forum çərçivəsində Yaqub Piriyev “Building a globally recognised university from the region: Strategies and success stories” mövzusunda çıxış edəcək.

 

Tədbirdə, həmçinin müxtəlif ölkələrin aparıcı ali təhsil ocaqlarının nümayəndələri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının müzakirəsi də nəzərdə tutulur.   

Digər xəbərlər