BMU-nun tələbəsi “Can Laçın” müsabiqəsində I yerə layiq görülüb

13 Noyabr 2025
BMU-nun tələbəsi “Can Laçın” müsabiqəsində I yerə layiq görülüb

Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsi üzrə “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisasının I kurs tələbəsi Leyla Rüstəmova ali təhsil müəssisələri arasında keçirilən “Can Laçın” adlı məqalə müsabiqəsinin qalibi olub.

Müsabiqə Azərbaycan Respublikası Prezidentinin Laçın şəhərindəki xüsusi nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti (BSU) və MDB-yə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

Müsabiqənin qalibləri BSU-da “Zəfər həftəsi” ilə bağlı “Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik” mövzusunda keçirilən konfrans çərçivəsində mükafatlandırılıb. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov müvafiq sertifikatları qaliblərə təqdim edib.  

BMU-nun rektoru Yaqub Piriyev I yerin qalibi olan Leyla Rüstəmova ilə görüşüb  və onu təbrik edərək təhsilində uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər