BMU tələbələrinin kibertəhlükəsizlik mütəxəssisi ilə görüşü keçirilib

13 Noyabr 2025
BMU tələbələrinin kibertəhlükəsizlik mütəxəssisi ilə görüşü keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Klubunun təşkilatçılığı ilə “Kibertəhlükəsizliyə gedən yol” adlı tədbir keçirilib.

Tədbiri klubun sədri Sevgi Xalıqzadə açaraq görüşün məqsədi və kibertəhlükəsizlik sahəsində maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.   

Ardınca bu sahədə peşəkar və təcrübəli kibermütəxəssis Kənan Ələsgərli əsas məruzəçi qismində çıxış edib. Sual-cavab formatında təşkil olunan görüşdə iştirakçılar kibertəhlükəsizliklə bağlı onları maraqlandıran mövzulara dair mütəxəssisə suallar ünvanlayıb, Kənan Ələsgərli isə öz bilik və təcrübəsinə əsaslanaraq ətraflı cavablar verib.

Mütəxəssis kibertəhlükəsizlik istiqamətində karyera qurmaq üçün vacib  mərhələlər, real iş mühitində təhlükəsizlik insidentlərinin idarə olunması,  komanda işi və bu sahədə tələb edilən əsas bacarıqlar barədə də ətraflı bəhs edib.

Sonda tələbələrə praktiki tövsiyələr verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər