Yeni Azərbaycan Partiyasının (YAP) Xırdalan şəhər 40 saylı ərazi ilk təşkilatının növbəti iclası keçirilib.
Tədbirdə ərazi partiya təşkilatının sədri Bayram Hüseynzadə hesabatla çıxış edib. Hesabatda təşkilatın ötən dövr ərzində gənclərin dövlətçilik ideyalarına sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirdiyi tədbirlər qeyd edilib. Bu sırada Prezident, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən islahatlar nəticəsində əldə olunan mühüm nailiyyətlərin, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin təbliği yönündə atılan addımlar ayrıca vurğulanıb.
Bayram Hüseynzadə yeddi ilə yaxındır fəaliyyətdə ola ərazi ilk partiya təşkilatının üzvlərinin ölkəmizdə keçirilən bütün seçkilərdə, eyni zamanda bu ilin 7 fevral tarixində baş tutan növbədənkənar Prezident seçkilərində aktiv şəkildə iştirak etdiyini bildirib. Çıxışında görülən digər önəmli işləri nəzərə çatdıran natiq ərazi ilk partiya təşkilatı üzvlərinin sayının əhəmiyyətli dərəcədə artdığını da fikirlərinə əlavə edib.
BMU-nun rektoru Yaqub Piriyev Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın keçdiyi şərəfli yola diqqət çəkib. YAP-ın ölkəmizin inkişafındakı rolunu vurğulayan rektor partiya üzvlərinin dövlət müstəqilliyinin möhkəmlənməsində və digər sahələrdə göstərdiyi xidmətlərdən bəhs edib. Ümummilli Liderimiz tərəfindən əsası qoyulan gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən rektor əsasən, təhsil sahəsində həyata keçirilən çoxsaylı proqram və layihələri sadalayıb. Bildirib ki, icra olunan bu prqoramlar və atılan digər addımlar həyatın bütün sahələrində gənclərin fəallığının, təşəbbüskarlığının, idarəetmədə rolunun artması, onlarda vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsi ilə nəticələnib.
Rektor çıxışında ərazi partiya təşkilatının fəaliyyətinə də toxunaraq, təşkilatın gənclərin maarifləndirilməsi istiqamətində əhəmiyyətli işlər gördüyünü söyləyib.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ərazi ilk partiya təşkilatının fəaliyyətini, eyni zamanda sonuncu Prezident seçikilərindəki aktivliyini yüksək dəyərləndirib. Rayon təşkilatının sədri səmərəli əməkdaşlıq nəticəsində bundan sonra da uğurlu fəaliyyət ortaya qoyulacağına əminliyini bildirib.
Sonra iclasda təşkilati məsələlərə baxılıb. BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Ləman Şərifova yekdilliklə ərazi ilk partiya təşkilatının sədr müavini, Memarlıq və inşşat fakültəsinin tələbəsi Cavad Məmmədli isə “YENİ Klub”un sədri seçilib.
Tədbirin sonunda YAP üzvlüyünə yeni müraciət etmiş gənclərin bir qisminə üzvlük vəsiqələri təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi