Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə 28-29 aprel 2023-cü il tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” keçiriləcək. Konfransın əsas istiqamətləri mühəndislik, xarici ticarət və gömrük xidməti memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləridir.
Gənclərin elmə olan marağını daha da artırmağı hədəfləyən konfransın əsas məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, təhlil etməkdir. Bundan başqa, ortaq problemlərin geniş müzakirəsi və onların həll yolları üçün təkliflərin irəli sürülməsi də mötəbər tədbirin məqsədləri sırasına daxildir.
Elmi konfransın proqramı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
İctimaiyyətlə əlaqələr şöbəsi