Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyatı uğurla davam edir. Bu günə olan məlumata əsasən, artıq abituriyentlərin 90 faizi qeydiyyatdan keçib.
Abituriyentlərin portal.edu.az platforması vasitəsilə elektron qeydiyyatı avqustun 28-dən başlayıb və qeydiyyat prosesinin sentyabrın 8-i saat 18:00-da başa çatması nəzərdə tutulur.
Abituriyentlər əlavə sual yarandığı təqdirdə BMU-nun Qeydiyyat komissiyası ilə əlaqə saxlaya bilərlər (I-V günlər, saat 10:00-17:00, tel: 012-349-99-55 (birbaşa), 012-349-99-66 (daxili 1323)).
2025-2026-cı tədris ili üzrə BMU-nun bakalavriat səviyyəsinə tələbə qəbulunda yüksək göstəricilər əldə olunub. Birinci mərhələdən sonra universitetə 39 ixtisas üzrə ümumilikdə 2468 nəfər qəbul olub. Bakalavriat səviyyəsi üzrə qəbul IV və V qruplarda 100 faiz, II qrupda 100 faiz, I qrupda isə 92.86 faiz təşkil edib. Ali təhsil ocağını seçən abituriyentlərin 56.92 faizi dövlət sifarişi əsasında təhsil alacaq.
Qəbul olanların 395 nəfəri 500-dən yuxarı, 53 nəfəri isə 600-700 bal arasında nəticə göstərib.
İctimaiyyətlə əlaqələr şöbəsi