BMU və “Azercell”in təşkilatçılığı ilə "CyberCell Hackathon"u keçiriləcək

04 Sentyabr 2025
BMU və “Azercell”in təşkilatçılığı ilə "CyberCell Hackathon"u keçiriləcək

Bakı Mühəndislik Universiteti (BMU) və “Azercell”in birgə təşkilatçılığı ilə tələbələr üçün “CyberCell” adlı hackathon keçiriləcək. Kibertəhlükəsizlik və süni intellekt mövzularını əhatə edəcək yarışma bu ilin 18-19 oktyabr tarixlərində BMU-da təşkil olunacaq.

“Hackathon”a BMU ilə yanaşı, digər universitetlərin tələbələri də qoşula bilər.

Yarışmada iştirak edəcək komandaların tərkibi maksimum 3 nəfərdən ibarət olmalıdır.

Komandalar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər: 

https://forms.gle/xiGf7DT5TPAo45Yd9 

Qaliblərə pul mükafatları veriləcək:

1-ci yer – 4000 AZN;

2-ci yer – 3000 AZN;

3-cü yer – 2000 AZN. 

Gözlənilən biliklər:

Red Team əməliyyatları haqqında anlayış (hücum simulyasiyası, istismar, səlahiyyətlərin artırılması, şəbəkədaxili hərəkət);

Blue Team əməliyyatları haqqında anlayış (jurnalların izlənməsi, anomaliyaların aşkarlanması, insidentlərin cavablandırılması və azaldılması strategiyaları);

● Penetrasiya test metodologiyaları, zəifliklərin qiymətləndirilməsi və təhdidlərin Cyber Kill Chain və ya MITRE ATT&CK kimi çərçivələrlə xəritələndirilməsi ilə tanışlıq;

● Jurnalları, insidentləri və təhdid məlumatlarını təhlil edərək hücum nümunələrini müəyyən etmək və müdafiə strategiyalarını simulyasiya etmək bacarığı.

Digər xəbərlər