Tələbələrə peşəkar CV hazırlamaq mövzusunda təlim keçirilib

02 Dekabr 2021
Tələbələrə peşəkar CV hazırlamaq mövzusunda təlim keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə HRcell şirkətinin “Tələbə inkişaf təlimləri” davam edir.

Tələbələrin gələcək karyera həyatına töhfə vermək məqsədilə keçirilən növbəti belə tədbir “CV-lərin hazırlanması qaydaları” “mövzusuna həsr olunub. 

Tədbirdə HRcell şirkətinin direktoru Ağahüseyn Əliyev mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. CV-nin doğru hazırlanması qaydaları, müasir dizayn, tərtibatda ardıcıllığın qorunması və başqa bu kimi istiqamətlər üzrə iştirakçılara ətraflı məlumat verən A.Əliyev yerli və beynəlxalq praktikadan örnəklər gətirib.

Sualların cavablandırılması ilə yekunlaşan təlimə BMU-nun yuxarı kurs bakalavr və magistr tələbələri qatılıb.

Qeyd edək ki, bundan öncəki təlim “Karyera planlaması”na həsr olunmuşdu.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər