Tələbələr üçün QA mühəndisliyi mövzusunda təlim təşkil olunub

11 Aprel 2025
Tələbələr üçün QA mühəndisliyi mövzusunda təlim təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “QA-nın mərhələləri və inkişaf yolu” adlı təlim keçirilib.

İnformasiya və kompüter texnologiyaları fakültəsinin QA (Quality Assurance-Keyfiyyətə Nəzarət) mühəndisliyi sahəsinə maraq göstərən tələbələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən TEC-in sədri Elmira İsmayılova təlimin tələbələrin peşəkar inkişafına töhfə vermək məqsədi daşıdığını bildirib.  

Sonra QA sahəsi üzrə təcrübəli mütəxəssis Elcan Rzayev mövzu ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda QA-Keyfiyyətin təmin edilməsi mühəndisliyinin əsasları, əsas prinsipləri, bu sahə üzrə proqramlar, o cümlədən istifadə olunan test nümunələri, QA mühəndisinin vəzifələri və s. diqqətə çatdırılıb.

Sual-cavab sessiyası ilə davam edən təlimin sonunda 10 fəal tələbə, eləcə də TEC könüllüləri sertifikatla təltif olunublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər