24 fevral 2022-ci il tarixində Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinin ali təhsil müəssisələrindən olan tələbələrin və iş dünyasında fəaliyyət göstərən peşəkarların iştirak etdiyi komanda əsaslı beynəlxalq proqramlaşdırma yarışması (Hash Code 2022) keçiriləcək. Google şirkəti tərəfindən təşkil olunan müsabiqəyə qatılmaq istəyən şəxslər Bakı Mühəndislik Universiteti (BMU) Virtual HUB-a qoşula bilərlər (BMU HUB təşkilatçısı Etibar Seyidzadə - eseyidzade@beu.edu.az, +994503349464).
Yarışma iki mərhələdə təşkil olunur. Birinci mərhələ (onlayn təsnifat mərhələsi) fevralın 24-də yerli vaxtla 21:30-01:30 radələrində müxtəlif ölkələr üzrə yaradılmış yerli HUB-larda və fərdi olaraq həyata keçiriləcək. Təsnifat mərhələsində ən yüksək nəticə göstərmiş komandalar 30 aprel 2022-ci il tarixində baş tutacaq final mərhələsinə buraxılacaqlar.
Qeydiyyat üçün son tarix 23 fevral 2022-ci ildir (yerli vaxtla saat 15:00-a qədər).
“Hash Code 2022” müsabiqəsi və virtual HUB-lar haqqında daha ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə etmək mümkündür:
https://codingcompetitions.withgoogle.com/.../rulesandterms
https://codingcompetitions.withgoogle.com/hashcode/hubs
https://codingcompetitions.withgoogle.com/hashcode/
İctimaiyyətlə əlaqələr şöbəsi