Təhsil Nazirliyinin SABAH Magistratura “Kiber təhlükəsizlik” ixtisası qruplarında 2021/2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib.
Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı aşağıda qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə yalnız bir fənn üçün müraciət edə bilər.
KT-505 Təhlükəsizliyin qiymətləndirilməsi və nüfuzetmə testi
KT-506 Şəbəkə və veb təhlükəsizliyi
KT-507 Təhlükəsiz kodlaşdırma və proqram təhlükəsizliyi
*KT-510 Zərərli proqram təhlili və aşkarlanması
*KT-511 Məxfilik qoruyan məlumat idarəetməsi
Qeyd: * -Seçməli fənn
Namizədlər CV-lərini 1 dekabr 2021-ci il tarixinə qədər hr@cybernetics.az ünvanına mövzu başlığını “Fənnin adı” yazaraq göndərməlidirlər.
İctimaiyyətlə əlaqələr şöbəsi