Praqa Eksperimental və Tətbiqi Fizika İnstitutunun professoru Fədahət Məmmədov Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün mühazirə oxuyub.
Mühazirədə elektirk və elektrotexnika, həmçinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının birinci kurs tələbələri iştirak ediblər.
Mühazirədə nüvə enerjisi ilə işləyən və nanosəviyyədə hissəciklərin ölçüsü, yerini və aşkar olunma vaxtını təyin edən detektorlar kimi mühüm mövzulara toxunulub. Eyni zamanda detektorların elm və texnikanın müxtəlif sahələrində, o cümlədən metalların dərinliklərində çatlar, boşluqların aşkarlanmasında, tibbdə geniş istifadə olunması ətrafı izah edilib.
Maraqla qarşılanan mühazirə ətrafında diskussiya aparılıb.
Sonda professor tələbələri maraqlandıran suallara aydınlıq gətirib.
İctimaiyyətlə əlaqələr şöbəsi