“Müsahibə və müsahibələrdə iştirak” mövzusunda təlim keçirilib

03 Dekabr 2021
“Müsahibə və müsahibələrdə iştirak” mövzusunda təlim keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə HRcell şirkətinin ödənişsiz təşkil etdiyi “Tələbə inkişaf təlimləri” başa çatıb. Sonuncu təlim “Müsahibə və müsahibələrdə iştirak” mövzusuna həsr olunub.

Təlimçi qismində çıxış edən HRcell şirkətinin direktoru Ağahüseyn Əliyev müsahibənin mərhələləri və müsahibə zamanı ən çox verilən suallar barədə iştirakçıları məlumatlandırıb.

Təlim tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Tələbələrin gələcək karyera həyatına töhfə vermək məqsədilə ayrı-ayrı mövzularda keçirilən üç təlimdə iştirakçılar potensiallarına uyğun karyera istiqaməti seçmək, ilkin bilik və bacarıqları təkmilləşdirmək, həmçinin iş dünyasına daha rahat inteqrasiya etməyin yolları barədə geniş informasiyalar əldə ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər