Mühəndislik fakültəsinin I kurs tələbələri şəhidlərin məzarlarını ziyarət ediblər

01 Noyabr 2021
Mühəndislik fakültəsinin I kurs tələbələri şəhidlərin məzarlarını ziyarət ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının I kurs tələbələri II Fəxri Xiyabanda şəhidlərin məzarlarını ziyarət ediblər.

Azərbaycanın müstəqilliyi uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb.

Tədris işləri üzrə dekan müavini Osman Mirzəyev tələbələrə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun əldə etdiyi tarixi Qələbədən danışıb.

Şəhidlərin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı vurğulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər