Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter və informasiya texnologiyaları kafedrasında 2021/2022-ci tədris ili üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib.
Kafedranın Kompüter mühəndisliyi ixtisası üzrə 2 tələbəsi, İdarəetmədə informasiya sistemləri ixtisası üzrə 1 tələbəsi öz dissertasiya işlərini müdafiə ediblər. Tələbələr hazırladıqları təqdimatlar ilə çıxış edib və komissiya üzvlərinin suallarını yüksək səviyyədə cavablandırıblar.
Yekunda müdafiə komissiyanın qərarı ilə cavablar dəyərləndirilib, bir tələbə “Çox yaxşı”, iki tələbə isə “Yaxşı” qiymətə layiq görülüb.
İctimaiyyətlə əlaqələr şöbəsi