Keyfiyyətin Təminatı Komissiyasının iclası keçirilib

23 Fevral 2023
Keyfiyyətin Təminatı Komissiyasının iclası keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Keyfiyyətin Təminatı Komissiyasının növbəti iclası keçirilib. Toplantıda universitetin fakültə dekanları, kafedra müdirləri və Komissiyanın üzvləri iştirak edib.

İclasda keyfiyyət hədəflərinin təyin edilməsi, planlaşdırılması və həyata keçirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Eyni zamanda, universitet strukturlarında strateji plana əsasən, keyfiyyət hədəflərinin təyin edilməsi istiqamətində işlərin davamı olaraq atılacaq addımlar nəzərdən keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər