Bakı Mühəndislik Universitetinin (BMU) Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, dosent Cəmil Məmmədov Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə ali təhsil müəssisələrində “Keyfiyyət təminatı” mövzusunda keçirilən tədbirdə iştirak edib. O, təmsil etdiyi ali təhsil müəssisəsində keyfiyyətin təminatı sahəsində görülən çoxsaylı işlər haqqında məlumat verib.
Tədbirin əsas məqsədi ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrinin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfiyyət təminatı struktur bölmələrinə dəstəyin verilməsi olub.
Tədbirdə təhsil və təlim müəssisələrində keyfiyyətin daxili təminatı sisteminin yaradılması, tədrisin keyfiyyətin qiymətləndirilməsi üçün belə görüşlərin hər 3 aydan bir fərqli universitetlərdə keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi