İntellektual sərhəd hesablamaları və smart qurğuların layihələndirilməsinə həsr olunan seminar

02 Aprel 2024
İntellektual sərhəd hesablamaları və smart qurğuların layihələndirilməsinə həsr olunan seminar

Bakı Mühəndislik Universitetində (BMU) “İntellektual sərhəd hesablamaları texnologiyası və müasir smart qurğuların layihələndirilmə vasitələri” adlı elmi seminar keçirilib.

Seminarda Mühəndislik fakültəsinin, həmçinin Kompüter və informasiya texnologiyaları kafedrasının əməkdaşları və tələbələr iştirak ediblər.

Adıçəkilən kafedranın dosenti Nurlana Hüseynovanın geniş məruzə ilə çıxış etdiyi seminarda əşyaların interneti (İoT) sistemində məlumatin emalı texnologiyalarinin müqayisəsi, intellektual sərhəd hesablamaları texnologiyası barədə məsələlərə toxunulub. Eyni zamanda İoT qurğuların layihələndirilməsi üçün renesas proqram və aparat vasitələri, bu cihazlarin renesas e2 studio mühitində reallaşdırılması vasitələri haqqında geniş məlumat verilib.

Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər