İNHA-nın professor-müəllim heyəti BMU-nun tədris və innovativ mühiti ilə tanış olub

24 Oktyabr 2025
İNHA-nın professor-müəllim heyəti  BMU-nun tədris və innovativ mühiti ilə tanış olub

Koreya (Cənubi) Respublikası İNHA Universitetinin professor-müəllim heyəti Bakı Mühəndislik Universitetinin (BMU) laboratoriyaları və  Texnoparkını ziyarət edib.

Tanışlıq zamanı qonaqlara laboratoriyalarda tədris və tədqiqat işlərinin aparılması üçün yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, laboratoriyalar müasir avadanlıqlarla təmin olunub, tələbələrin praktiki biliklərinin artırılması üçün geniş imkanlar yaradılıb.

Bununla yanaşı, BMU Texnoparkında startapların, innovativ layihələrin və sənaye-təhsil əməkdaşlığının inkişafı istiqamətində görülən işlər nümayiş etdirilib və yüksək qiymətləndirilib.

Ziyarət zamanı BMU ilə İNHA Universiteti arasında elmi-tədqiqat və təcrübə imkanlarının genişləndirilməsi, həmçinin birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.  

Qeyd edək ki, nümayəndə heyəti BMU ilə İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının icra vəziyyətinin növbəti monitorinqi məqsədilə ölkəmizdə səfərdədir.   

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər