Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasında “Mədəniyyətlərarası körpü: İngilis dilinin tədrisində ədəbiyyatın rolu və əhəmiyyəti” (Bridging cultures: The role and importance of literature in English language teaching) mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan kafedranın müdiri Nərminə Əliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb.
Sonra kafedranın müəllimləri filologiya üzrə fəlsəfə doktorları-Nigar Orucova və Tamara Atakişiyeva təqdimatla çıxış ediblər. Təqdimatda ədəbiyyatın ingilis dilinin tədrisində rolu və istiqamətləri, əsas metod və strategiyalarından geniş bəhs olunub, həmçinin faydaları və üstünlükləri diqqətə çatdırılıb.
Müzakirələrlə davam edən seminarda iştirakçıların sualları da cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi