Bakı Mühəndislik Universitetində (BMU) “İngilis dilinin tədrisi prosesində tələbələrin kreativliyinin üzə çıxarılması yolları” (“Encouraging students to show their creativity in the English teaching process”) mövzusunda təlim keçirilib.
Təlimdə universitetin Xarici dillər kafedrasının müəllimi Şahanə Musayeva tələbələrin kreativliyini üzə çıxarmaq üçün layihə əsaslı öyrənmənin tətbiqinin faydalarından bəhs edib. O, tələbələrinin hazırladığı layihəni təlim iştirakçılarına təqdim edib və vizual materiallarla dəstəklənən öyrənmənin, kreativ yarışlar keçirmənin önəmini vurğulayıb.
Təlim zamanı habelə tələbələrin kreativliyini dil öyrənmə prosesinə daxil etmək üçün hekayə seansları, interaktiv, tələbə əsaslı müzakirələr təşkil etmə və başqa metodlar diqqətə çatdırılıb.
Sonda müəllimlər ayrı-ayrı metodlara münasibət bildirib və öz təcrübələrini bölüşüblər.
İctimaiyyətlə əlaqələr şöbəsi