Granada və Babeş-Bolyai universitetlərinin əməkdaşları BMU-da olublar

02 May 2024
Granada və Babeş-Bolyai universitetlərinin əməkdaşları BMU-da olublar

Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində İspaniyanın Granada Universiteti və Rumıniyanın Babeş-Bolyai Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) səfərdə olublar. Səfər çərçivəsində qonaqlar Mühəndislik, eləcə də Pedaqoji fakultənin müəllim və tələbələri ilə görüşüblər.

Granada Universitetinin nümayəndəsi  Antonio Ruiz Moya Kompüter və informasiya texnologiyası kafedrasının tələbələri, Babeş-Bolyai Universitetindən Diana Felicia Panait isə Biologiya müəllimliyi kafedrasının tələbələri üçün ixtisasları ilə əlaqəli mövzularla bağlı geniş təqdimatlarla çıxış ediblər.

Qonaqlar, həmçinin BMU-nun kampusu, Texnopark və laboratoriyaları ilə yaxından tanış olublar.

Mədəni mübadilə, akademik zənginləşmə və beynəlxalq əlaqələri gücləndirmək məqsədi daşıyan səfər bir həftə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Qalareya şəkilini seçin

Digər xəbərlər