“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun növbəti sessiyası keçirilib

15 Noyabr 2021
“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun növbəti sessiyası keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Elm və innovasiya şöbəsinin təşkilatçılığı ilə “Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Students Club-Google DSC) növbəti sessiyası keçirilib.

Klubun rəhbəri Nərmin Daşdıyevanın moderatorluğu ilə baş tutan tədbirin qonaqları universitetin Kompüter mühəndisliyi ixtisasında təhsil alan Nigar Cəlilova və Səma Dostəliyeva olub.

Sessiyada Google DSC Kibertəhlükəsizlik mövzusunda təqdimatlar edilib. Bununla yanaşı, Google DSC-BEU komandasının planları, keçiriləcək təlimlər, seminarlar və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

BMU-nun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Google şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubu haqqında daha ətraflı məlumatı klubun rəsmi İnstaqram (dsc.beu) və Feysbuk (Developer Student Club- Baku Engineering University) səhifələrindən əldə etmək olar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər