“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun info sessiyası keçirilib

22 Oktyabr 2021
“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun info sessiyası keçirilib

“Google” şirkətinin Bakı Mühəndislik Universiteti (BMU) üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Students Club-Google DSC)  info sessiyası keçirilib.

Klubun rəhbəri Nərmin Daşdıyevanın moderatorluğu ilə baş tutan görüşün qonaqları  BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov, Gaming and Startups üzrə türk  mentor Derya Bel olub.

Görüşdə Google DSC və onun qurucuları, öhdəlikləri və faydaları haqqında məlumat verilib. Bununla yanaşı, Google DSC-BEU komandasının planları, keçiriləcək təlimlər, seminarlar və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

Tədbir komanda üzvlərinin suallarının cavablandırılması ilə davam edib.

Qeyd edək ki, Google şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubu haqqında daha ətraflı məlumatı klubun rəsmi İnstaqram (dsc.beu) və Feysbuk (Developer Student Club- Baku Enjineering University) səhifələrindən əldə etmək olar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər