Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi (DTKTM) cari semestrdə onlayn dərslərin (dekabr ayı üzrə) təşkil olunduğu Google Classroom elektron təhsil platformasının monitorinqinə başlayıb.
Monitorinqin əsas məqsədi əyani və ya onlayn olmasından asılı olmayaraq hər bir bir müəllim tərəfindən dərsin sillabusu, onlayn mühazirə keçidi, mühazirə mətnləri və dərs vəsaiti kimi məzmuna aid məlumat və materialların, həmçinin dərslərin video qeydlərinin elektron təhsil platformasına yerləşdirilərək tələbələr üçün əlçatanlığını təmin etməkdir.
Monitorinq zamanı aşkarlanan problemlər keyfiyyətin artırılması məqsədilə müvafiq bölmə strukturlara irad və təkliflər şəklində çatdırılacaq.
Google Meet elektron təhsil platformasının məzmunu ilə bağlı daha öncədən təyin olunmuş standartlar və göstəricilər əsasında semestrin əvvəlində kafedra və fakültə əməkdaşları üçün təlimlər keçirilərək maarifləndirmə işləri aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi