Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti görüşü Bakı Mühəndislik Universitetində (BMU) baş tutub.
Seçilmiş mentorlar ilə keçirilən görüşdə layihə rəhbəri Şəbnəm Məmmədova bildirib ki, layihənin məqsədi əsasən innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsidir. Tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi də layihənin əsas hədəfləri sırasına daxildir.
Qeyd edək ki, 1 ay davam edəcək ixtisaslaşma proqramı müddətində uyğun kriteriyalar üzrə seçilmiş layihə iştirakçılarına müxtəlif mövzularda interaktiv təlimlər keçirələcək.
İctimaiyyətlə əlaqələr şöbəsi