“Gələcək üçün bacarıqlar” layihəsinin “Tusi(2C)" proqramı çərçivəsində 22 fevral 2022-ci il tarixində infosessiya təşkil olunacaq.
İnkubasiya proqramının əsas məqsədi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, tələbələrin innovasiya və startap üzrə biliklərinin inkişaf etdirilməsidir. Ümumilikdə 6 aylıq dövrü əhatə edən proqramda bir sıra təlimlər, xarici və yerli ekspert görüşləri, layihələrin işlənilməsi, sahələr üzrə səfərlərin, müxtəlif “camp”lar və sonda “Pitch Day”in keçirilməsi planlaşdırılır.
Proqramın ilk olaraq Bakı Mühəndislik Univesiteti (BMU), Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən layihədə startap yaratmağa, innovativ yeniliklər etməyə hazır olan özünə güvənən, gələcəyini bu sahədə görən gənclər iştirak edə bilərlər. Bunun üçün shorturl.at/chAD6 linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Son müraciət tarixi isə 25 fevral 2022-ci ildir.
İctimaiyyətlə əlaqələr şöbəsi