Gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

14 Yanvar 2020
Gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) “Bakı Tekstil Fabriki (BTF)” MMC-nin icraçı direktoru Elçin Babayev və İnsan Resursları üzrə menecer Xəyalə Məmmədova ilə görüş keçirilib.

Görüşdə Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova, Təcrübə şöbəsinin müdiri Həzi Qasımov, Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev iştirak ediblər.

Qonaqlara BMU-nun fəaliyyəti, tələbə və məzunlarla mütəmadi aparılan işlər, tələbələrin təcrübə keçmələri ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verilib. Universitet-sənaye əlaqələrinin və kadr hazırlığı prosesində sənayenin əhəmiyyəti, həmçinin tədris planlarının təkmilləşdirilməsi prosesində şirkətlərin cəlb edilməsi ilə keyfiyyətli təhsilin təmin olunması istiqamətində müzakirələr aparılıb. Görüşdə universitetin yeni əməkdaşlığın qurulmasında maraqlı olduğu vurğulanıb və iki qurum arasında ortaq imkanlardan istifadə yolları haqqında danışılıb.

Görüş nəticəsində BMU ilə “BTF” MMC arasında əməkdaşlıq müqaviləsinin imzalanması üçün təkliflərin hazırlanması, tələbələrin fabrikdə təcrübə keçmələri, elmi-tədqiqat işlərinin aparılması, məzunların işlə təmin olunması üçün mütəmadi iş vakansiyalarının göndərilməsi, həmçinin tələbələrin təhsilə marağının artırılması üçün müxtəlif birgə müsabiqə və tədbirlərin təşkili üçün ilkin razılıq əldə edilib.

Sonda qonaqlar BMU-nun kampusu, Memarlıq və dizayn kafedrasının laboratoriyası, Dizayn ixtisasında təhsil alan tələbələrin əl işləri və sərgisi, həmçinin Texnopark və onun nəzdində fəaliyyət göstərən laboratoriyalar ilə yaxından tanış olublar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər