Dr. D.Y. Patil adına institutun əməkdaşları BMU-da olub

10 Dekabr 2019
Dr. D.Y. Patil adına institutun əməkdaşları BMU-da olub

Bakı Mühəndislik Universitetində (BMU) Hindistanın Dr. D.Y. Patil adına İdarəetmə Elmləri İnstitutunun nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Hindistanın Dr. D.Y. Patil adına İdarəetmə Elmləri İnstitutunun direktoru, professor Ashutosh Misal, İdarəetmə şöbəsinin direktoru Bharat Chavan Patil, SAMViT Konsultasiya şirkətinin direktoru Pushkar Kulkarni, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Mayis Əzizov və dekan müavini Fərid Cəbiyev, Maliyyə kafedrasının müdiri Füzuli Əliyev iştirak ediblər.

Tərəflər MBA proqramı və ikili diplom məsələləri ətrafında geniş müzakirələr aparıblar.

Sonra keçirilən seminarda professor Ashutosh Misal “Zamanın idarə olunması” mövzusunda təqdimatla çıxış edib. Eyni zamanda, qonaqlar universitetdə yerləşən laboratoriyalar, Texnopark və Xarici dillər kafedrası ilə yaxından tanış olublar.

Qeyd edək ki, cari ildə adıçəkilən institutla BMU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə tərəflərin tədqiqat və innovasiya layihələri sahəsində, həmçinin kommersiya və sahibkarlıq tədqiqatının təşkil olunması məqsədilə birgə fəaliyyətini, yerli və beynəlxalq tədqiqat proqramlarında və layihələrində iştirakını  nəzərdə tutur. Müqavilə, eyni zamanda elmi, akademik, administrativ heyətin və tələbələrin professional treninqini və mübadiləsini, birgə beynəlxalq konfransların və forumların təşkilini, tərəflər arasında təhsilin keyfiyyətinin artırılması üçün bütün mümkün hüquqi fəaliyyəti əhatə edir.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər