Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar universitetin tyutorları üçün təlim keçirilib.
Təlimin əsas məqsədi dərsə nəzarət cədvəllərinin qurulmasında və “Google Classroom” virtual sinif tətbiqinin açılmasında texniki dəstəyin göstərilməsi olub. Bundan başqa, tədbirdə tyutorların üzləşə biləcəkləri mümkün problemlərlə bağlı zəruri bilgilər verilib.
Təlim texniki problemlərlə bağlı ünvanlanan sualların mərkəzin əməkdaşı Fuad Qurbanov tərəfindən cavablandırılması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi