BP şirkəti Məzunların işə qəbulu və təcrübə proqramına qəbula start verir

11 Yanvar 2022
BP şirkəti Məzunların işə qəbulu və təcrübə proqramına qəbula start verir

BP şirkəti 2022-ci il üçün Məzunların işə qəbulu və növbəti təcrübə proqramına başlayır.

Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2023-cü ildə bitirəcək bütün tələbələr aşağıdakı ixtisaslar üzrə 2022-ci il təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər:

·        Mexanika mühəndisliyi

·        Proseslərin avtomatlaşdırılması mühəndisliyi

·        Elektrik mühəndisliyi

·        Neft-qaz və rezervuar mühəndisliyi

·        Biznesin təşkili və idarə edilməsi

·        Kimya mühəndisliyi

·        Geologiya

·        Mühasibatlıq

·        Boru kəməri mühəndisliyi

·        Maliyyə

·        İnşaat mühəndisliyi

·        Geofizika

·        Kommersiya

·        Mədən/Metallurgiya

·        Biostratiqrafiya

·        İqtisadiyyat

·        Proses mühəndisliyi

·        Yer elmləri

·        Verilənlər haqqında elm (Data Science)

2020, 2021, 2022-ci illərin bakalavr və magistr məzunları isə 2022-ci il məzunların işə qəbul proqramı üçün aşağıdakı ixtisaslar üzrə ərizələrini təqdim etmək imkanına malikdirlər:

·        Biostratiqrafiya

·        Kommersiya

·        Neft-qaz və rezervuar mühəndisliyi

·        Yer elmləri

·        İqtisadiyyat

·        Geologiya

·        Verilənlər haqqında elm (Data Science)

·        Boru kəməri mühəndisliyi

·        Biznesin təşkili və idarə edilməsi

·        Mühasibatlıq

·        Geofizika

·        Maliyyə

Məzunların işə qəbulu və təcrübə proqramları ilə bağlı daha ətraflı məlumatı https://www.bp.com/en/global/corporate/careers/students-and-graduates/locations/azerbaijan.html linkindən əldə etmək mümkündür.

Müraciət üçün son tarix 31 yanvar 2022-ci ildir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər