BMU-ya stend hədiyyə edilib

11 Dekabr 2019
BMU-ya stend hədiyyə edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov müstəqil fəaliyyət göstərən mühəndis Saleh Dəmirovla görüşüb.

Görüşdə S.Dəmirov BMU-nun Avtomatika və elektroenergetika kafedrasına özünün qurduğu, proqramlaşdırılabilən məntiqi kontrollerlər əsasında işləyən, 1024 siqnalı emal etməyə imkan verən laboratoriya stendini hədiyyə edib.

Adıçəkilən stend proqramlaşdırılabilən məntiqi kontroller, termocüt, enkoder və s. kimi komponentlərdən ibarətdir. Eyni zamanda, bu stend lazım olan proqram təminatı ilə təchiz edilib.

Stenddən BMU tələbələri müxtəlif tipli obyektlərin avtomatlaşdırılmasında istifadə edə biləcəklər.  

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər