BMU-ya qəbul olunan abituriyentlərin onlayn qeydiyyatı davam edir

07 Sentyabr 2022
BMU-ya qəbul olunan abituriyentlərin onlayn qeydiyyatı davam edir

Bakı Mühəndislik Universitetinə (BMU) bakalavriat səviyyəsi üzrə qəbul olunan abituriyentlərin qeydiyyat prosesi davam edir. Onlayn formada aparılan prosesdə abituriyentlərə kömək məqsədilə BMU-da sənəd qəbulu üzrə işçi qrup da fəaliyyət göstərir. İşçi qrup tərəfindən universitetə qəbul olunmuş abituriyentlərin müraciətləri cavablandırılır, eyni zamanda onların üzləşdikləri hər hansı problemlə bağlı suallarına aydınlıq gətirlir, mümkün köməklik göstərilir (https://beu.edu.az/az/article/bakalavriat-seviyyesine-qebul-olmus-abituriyentlerin-nezerine-1262).

Vurğulamaq vacibdir ki, tələbə adını qazanmış şəxslərin portal.edu.az platformasında elektron sistem üzrə qeydiyyatı 12 sentyabr saat 23:59-da başa çatacaq. BMU-ya yeni qəbul olan abituriyentlərin artıq 80 faizdən çoxu müvafiq portal vasitəsilə qeydiyyatdan keçib.

Məlumat üçün onu da bildirək ki, Dövlət İmtahan Mərkəzinin 2022/2023-cü tədris ili üçün açıqladığı Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə uyğun olaraq, BMU-ya bakalaviatura səviyyəsi üzrə qəbul planı 97.78 faiz  dolub.

BMU-ya bakalavr pilləsinə qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayı 2 dəfədən çox artıb. 500 baldan çox bal toplayanların sayı isə 70 faizi ötüb.

 

 İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər