Bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə!

01 Sentyabr 2022
Bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə!

Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olunan abituriyentləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq!

Tələbə adını qazanmış şəxslər 2 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeyd olunan tarixlərdə portal.edu.az platformasında qeydiyyatdan keçməyən abituriyentlər universitetə qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Aşağıda qeyd olunan sənədlər dərslər başlayanda BMU-ya təqdim edilməlidir.

1. Attestatın əsli (kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında diplom və ya arayış).

2. Şəxsiyyət vəsiqəsinin 2 nüsxədə surəti.

3. Rəsmi sənədlər üçün çəkilmiş 3x4 ölçüdə rəngli fotoşəkil. (4 ədəd)

4. Sağlamlıq haqqında arayış  (forma 086)

5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün)

BMU-nun sənəd qəbulu komissiyası ilə əlaqə: 

Telefon:  (012) 349 99 98 ( I-V günlər saat 10:00-17:00,  fasilə 13:00-14:00)

E-mail: [email protected]

Facebook: www.facebook.com/beu.edu.az

Təhsil haqqı ödənişindən azad olunan imtiyazlı tələbələr

1. Məcburi köçkün statusu olan tələbələr (tələbənin özünün vəsiqəsi olmalıdır);

2. Şəhid ailəsi statusunu almış ailənin üzvü;

3.Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı  həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları;

4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar;

5. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

QEYD: Təhsil haqqı ödənişindən azad olunan imtiyazlı tələbələr aşağıda qeyd olunan sənədləri universitetin Tədris hissəsinə təqdim etməlidirlər.

I.  Məcburi köçkün statusu olan tələbələr:

1. Notarial qaydada təsdiq olunmuş tələbənin özünə aid məcburi köçkünlük vəsiqəsinin (cari ilin sonunadək möhür vurulmuş) surəti;

II. Şəhid ailəsinin üzvü olan tələbələr:

1.  Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;

2.  Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

3.  Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır

III.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

1.  Notarial qaydada təsdiq olunmuş valideynin əlillik vəsiqəsinin surəti (əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır);

2.  Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

III (a).  Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

1.  Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);

2. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

IV.  Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər: 

1.  Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.  Notarial qaydada təsdiq olunmuş valideynin əlillik haqqında vəsiqəsinin surəti və əlillik barədə arayış;

3.  Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd: Ödənişdən azad edilmə 23 yaşınadək qüvvədədir. 

Valideynin əlilliyi müddətlidirsə, tələbəyə imtiyaz həmin müddətə qədər verilir.

 

Digər xəbərlər