Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə növbəti təlim keçirilib. BMU-nun tələbələri üçün nəzərdə tutulan təlim universitetin Pedaqogika kafedrasının baş müəllimi, psixoloq Hüseyn Xəlilov tərəfindən aparılıb.
H.Xəlilov “Distant tədris prosesində diqqət və konsentrasiyanın əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, diqqət şüurumuzun müəyyən obyekt üzərinə yönəlməsindən və mərkəzləşməsindən ibarət olan psixi prosesdir. O, diqqətin funksiyaları, növləri, əsas xüsusiyyətləri və yaş xüsusiyyətləri barədə tələbələrə ətraflı məlumat verib. Temperament tiplərindən söz açan təlimçi diqqəti məşq etdirməyin üsullarından da bəhs edib. H.Xəlilov konsentrasiya və onun həcmi, həmçinin konsentrasiya ola bilməmənin bioloji və psixoloji səbəbləri barədə danışıb.
Qeyd edək ki, Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Distant tədris prosesində öyrətmə və öyrənmə psixologiyası” adlı ilk təlim universitetin müəllimləri üçün nəzərdə tutulmuşdu.
İctimaiyyətlə əlaqələr şöbəsi