Bakı Mühəndislik Universiteti (BMU) Pedaqoji fakültəsinin sonuncu kurs tələbələri üçün təşkil olunan pedaqoji təcrübə davam edir.
Fakültənin 123 tələbəsinin cəlb olunduğu təcrübə hazırda Landau məktəbi, İdrak lseyi, XXI Əsr Təhsil Kompleksi, Zirvə liseyi, Hədəf liseyi, İstanbul liseyi kimi qabaqcıl müəssisələrdə həyata keçirilir.
Tələbələrin pedaqoji təcrübəsi metodist, pedaqoq və psixoloqların nəzarəti, fənn müəllimlərinin dəstəyi ilə reallaşdırılır.
Pedaqoji təcrübə prosesində tələbələr ali təhsil müəssisələrində əldə etdikləri nəzəri bilikləri möhkəmləndirməklə yanaşı, pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlər qazanırlar. Həmçinin təcrübəçilərdə pedaqoji təfəkkür, qabiliyyət, pedaqoji səriştənin və peşəkarlığın artırılması kimi keyfiyyətlər yaranır. Tələbələr proses boyunca fənnin ümumi nəzəri əsasları və tədrisi metodikası, fənn üzrə təlimin məzmunu, təşkili prinsipləri, tərbiyə işlərinin metodikası və digər mühüm qaydalarla əyani tanış olurlar.
Qeyd edək ki, BMU tələbələrinin cari tədris ilində pedaqoji və istehsalat təcrübəsinin 24 may 2024-cü il tarixində başa çatması nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi