BMU tələbələri Metyu Brayza ilə keçirilən görüşdə iştirak edib

21 Oktyabr 2021
BMU tələbələri Metyu Brayza ilə keçirilən görüşdə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Amil Abdullayev və universitetin tələbələri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Vətən müharibəsinin bir illiyi: müharibədən sonra inkişaf və perspektivlər” mövzusunda ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza ilə keçirilən görüşdə iştirak edib.

Görüşə YAP Gənclər Birliyinin üzvləri və fəal gənclər qatılıblar.

Videokonfrans formatında  baş tutan görüşün moderatoru YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina olub.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov açılış nitqi ilə çıxış edib. O, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşməsi, eyni zamanda yenilməz Azərbaycan ordusunun şücaəti ilə əldə edilən Zəfərdən danışıb.

Sonra Metyu Brayza Azərbaycanda səfir olduğu müddətdə fəaliyyəti haqqında məlumat verib. Sabiq səfir, eyni zamanda, postmünaqişə dövründə regiondakı siyasi və iqtisadi perspektivlər, bölgədəki sülh prosesinin inkişafı və bu prosesin sürətləndirilməsi üçün atılacaq addımlara dair öz fikirlərini bölüşüb.

YAP-ın və YAP Gənclər Birliyinin feysbuk səhifələrindən canlı yayımlan görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər